e2db689b 8a59 3ba7 9359 92aeeda158dc 850

Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) illik toplantısında iştirak etmək üçün ABŞ-da səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu haqda Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb. S.Şərifov ölkəmizin Vaşinqtondakı səfirliyini ziyarət edib, fövqəladə və səlahiyyətli səfir Xəzər ibrahimlə görüşüb.

Görüşdə nazir və səfir müxtəlif məsələlər ətrafında ikitərəfli müzakirələr aparıblar.

Samir Şərifov səfər çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edəcək.

Paylaş: