Rusiyada 17 yaşlı azərbaycanlı tələbə qətlə yetirilib.
Globalinfo.az xəbər verir ki, hadisənin Çelyabinsk şəhərinin Tişçenko parkında baş verdiyi bildirilib.
Məlumata görə, Ural Regional Kollecinin “hüquq-mühafizə” ixtisası üzrə təhsil alan azərbaycanlı gənc parkda dostları ilə gəzdikdən sonra onlardan uzaqlaşıb. Orada sərxoş olan bir neçə nəfərlə aralarında mübahisə yaranıb və nəticədə 17 yaşlı tələbə bıçaqlanıb.
Adı açıqlanmayan azərbaycanlı gənc xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qətldə şübhəli bilinən şəxs əməliyyat nəticəsində saxlanılıb.
Qeyd edək ki, gəncin nəşinin ekpertizadan sonra ailəsinə təhvil veriləcəyi bildirilib.
Ayşən Mustafa
Globalinfo.az