xankendi yeni 1

“Dövlət Gömrük Komitəsinin Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlaması Bakının Xankəndinə doğru daha bir addımı kimi qiymətləndirilə bilər və bu, yaxın dövrdə tətbiq ediləcək bir sıra qərarlarla bağlı da ehtimalları önə çıxarır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan pasportuna sahib olması yaxın vaxtlarda reallaşa bilər:

“Qarabağdakı ermənilər hazırda ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu. Bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq ki, bu da yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndidə görünəcəyi gözləntisini artırır.

Bakı humanitar yüklərin Qarabağa daşınmasına şərait yaradır, hərçənd gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir.

Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək. Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır, lakin tədricən buna məcbur olacaqlar və Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının qarşısını ala bilməyən kənar güclər Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəklər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: