Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.
“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi” aşağıdakı kimi olacaq:
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşları:
| Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| İdarə Heyətinin sədri | 2300 |
| İdarə Heyəti sədrinin müavini | 1700 |
| İdarə Heyətinin üzvü, baş mühasib, departament müdiri, hüquqşünas | 1500 |
| Baş redaktor | 1200 |
| İdarə müdiri, redaksiya müdiri | 1050 |
| Şöbə müdiri | 970 |
| Aparıcı mühasib | 950 |
| Baş redaktorun müavini | 900 |
| İdarə müdirinin müavini, bölmə müdiri,
buraxılış redaktoru, informasiya texnologiyaları mütəxəssisi |
850 |
| İdarə Heyəti sədrinin məsləhətçisi, redaktor, aparıcı mütəxəssis | 820 |
| Tərcümə redaktoru | 800 |
| İdarə Heyəti sədrinin köməkçisi, mühəndis,
kontent menecer, aparıcı müxbir, tərcüməçi, rejissor, iqtisadçı |
750 |
| İdarə Heyəti sədrinin müşaviri, mütəxəssis, bölgə müxbiri, müxbir, qrafik-dizayner,
böyük fotomüxbir, montaj rejissoru, əməyin mühafizəsi üzrə müfəttiş, mühasib |
700 |
| Videooperator, fotomüxbir, böyük korrektor, rabitə mütəxəssisi, səs operatoru, menecer | 650 |
| Sürücü, anbardar, mühəndis-elektrik, arxivçi, korrektor, mühafizəçi | 600 |
| Operator, rabitə operatoru, usta, elektrik | 550 |
| Xadimə | 500 |
Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi aşağıdakı kimi olub:
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi:
| Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| İdarə Heyətinin sədri | 1665 |
| İdarə Heyəti sədrinin müavini | 1065 |
| İdarə Heyətinin üzvü | 900 |
| Baş redaktor | 835 |
| Baş mühəndis | 795 |
| Baş mühasib, redaksiya müdiri | 760 |
| Şöbə müdiri | 685 |
| Böyük redaktor, İdarə Heyəti sədrinin köməkçisi | 665 |
| Bölmə müdiri, hüquqşünas, İdarə Heyəti sədrinin məsləhətçisi | 625 |
| Baş mütəxəssis, baş müxbir | 590 |
| Mühəndis-proqramlaşdırıcı, mühəndis-elektronçu | 570 |
| Aparıcı mütəxəssis, aparıcı müxbir | 535 |
| İdarə Heyəti sədrinin müşaviri, tərcümə redaktoru, tərcüməçi (ingilis dilinə) | 530 |
| Mülki müdafiə işləri üzrə mühəndis, iqtisadçı, tərcüməçi (rus dilinə) | 490 |
| Böyük fotomüxbir | 470 |
| Kadrlar üzrə mütəxəssis, texnik-elektronçu, rabitə mühəndisi, mühasib | 455 |
| Bölgə müxbiri, mütəxəssis, müxbir, kompüter operatoru-dizayner | 420 |
| Fotomüxbir, böyük kompüter operatoru, böyük korrektor, elektron hesablama maşınlarının operatoru, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru | 405 |
| Baş laborant, korrektor, kompüter operatoru, fototekanın müdiri, fotoinformasiya yayımı üzrə menecer, menecer, xəzinədar | 375 |
| Avtomobil sürücüsü, arxivçi, rabitə operatoru, telefonçu, kargüzar, anbar müdiri, elektrik, dülgər, çilingər-santexnik | 290 |
| Xidməti otaqları yığışdıran, kuryer və digər xidməti heyət | 255 |
| Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri | müxbirin fəaliyyət göstərdiyi ölkədəki Azərbaycan Respublikası Səfirinin aylıq vəzifə maaşının 55 faizi məbləğində |