Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İranda apardığı danışıqların detalları bəlli olub.
Globalinfo.az xəbər verir ki, görüşün detalları barədə məlumatı öz mənbələrinə istinadən erməni analitik Andranik Ovanisyan yayıb.
Onun sözlərinə görə, Qriqoryan iranlı həmkarı Əli Şamxani ilə bağlı qapılar ardında görüşü zamanı Moskvadan şikayət edib:
“Qriqoryan Rusiyanın Zəngəzur dəhlizinin açılması istiqamətində təzyiqlər etdiyini bildirib. Mənbəmiz deyir ki, İran hakimiyyəti Qriqoryanın sözlərini birmənalı qəbul etməyib. Daha dəqiq desək, bu, Qərbin Ermənistan hakimiyyətində nəzarət etdiyi şəxslər vasitəsilə Tehran və Moskva arasında qarşılıqlı münasibətləri gərginləşdirmək cəhdi kimi qəbul edilib. Ümid edirəm ki, dövlət strukturları bu informasiyanı təkzib edib, Qriqoryanın fəaliyyətinin motivlərini açıqlayacaqlar”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az