IMG 2287

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur aktyor və komediyaçı Cem Yılmaz ağır infarkt keçirib. Həkimlər ürək damarlarından birində yaranmış tıxanıqlığa müdaxilə edərək balon və stent tətbiq olunan prosedur həyata keçiriblər.

Məlumdur ki, azərbaycanlı komediyaçı Fərda Aminin Cem Yılmazla dostluq münasibəti var.

Globalinfo.az-a danışan Fərda Amin Cem Yılmazla əlaqə yarada bilmədiyini deyib:

“Yəqin ki, sabah-birigün onunla danışa bilərik. Belə bir hadisə sabah mənim də başıma gələ bilər. O zaman mənim də telefonlarıma heç kim cavab verməyə bilər. Görünür, həddindən artıq telefon zəngləri və mesajlar var. Zəng etdim, özü ilə danışa bilmədim, köməkçisi cavab verdi. Allah şəfa versin. Cem Yılmaz Türk dünyasının komediyaçısıdır. Bütün dünyanı, Fərdanı da, Cem Yılmazı da, digər bütün insanları və canlıları da yaradan Allahdır. Allah ona yenidən yaşamaq şansı verdi, sevdiklərinə bağışladı”.

F.Aminin fikrincə, Cem Yılmazın səhhətində yaranan problem onun gərgin iş rejimi ilə bağlı ola bilər:

“Müəyyən yaşdan sonra insan mütləq öz sağlamlığına və özünə daha çox diqqət yetirməlidir. Özü də dəfələrlə efirdən deyirdi ki, tətilə çıxa bilmir. Yəqin ki, Allah da bu gərginliyə görə ona bir qədər istirahət verib. İstirahətə vaxt ayırmayanda həyat özü səni bir yerdə saxlayır ki, dincələsən. İnşallah, Allahın izni ilə daha güclü qayıdar. Böyük işlər görər, böyük layihələrdə, böyük komediyalarda çox yaxşı, möhtəşəm nümunələrlə yenidən tamaşaçıların qarşısına çıxar”.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: