a489ec84 4a80 4f9e 841a e34d2ae78c67

Azərbaycan tarixi ənənələri qorumaqla yanaşı, müasir çağırışlara cavab verən inkişaf yanaşmaları nümayiş etdirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyasının rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

O, Bakıdan aydın mesajla ayrıldıqlarını qeyd edib:

“Yeni Şəhər Gündəliyinin növbəti onilliyi əvvəlki kimi olmamalıdır. Daha böyük ambisiya, daha çox maliyyələşmə, daha geniş inklüzivlik, daha çox fəaliyyət və liderlik lazımdır. Hökumətin bütün səviyyələri arasında daha güclü əməkdaşlığa, daha yüksək siyasi iradəyə və verilən vədlərlə görülən işlər arasındakı fərqə qarşı daha az səbrə ehtiyac var. Gəlin bu fürsətdən istifadə edib prosesi irəli aparaq ki, bu əsrdə qurduğumuz şəhərlər hər kəs üçün gələcəyi olan şəhərlər olsun. Bizim nəsil bu məsuliyyəti tam şəkildə üzərinə götürməyə hazır deyil və bu, son çağırış da olmayacaq”.

A.Mohammed deyib ki, insanlara bu işi irəli aparmaq üçün bilik, alət və tərəfdaşlıq dəstəyi lazımdır:

“Bakıda öyrəndiklərinizi öz şəhərinizə, icmanıza, iş mühitinizə daşıyın”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: