HCguC3UU68pHzNQe

Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə Pekində keçirilən gəzinti zamanı ona qızılgül toxumları göndərəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev mətbuat xidməti məlumat yayıb.

Cinpin Trampa gəzintiyə çıxaraq söhbətləşib, ABŞ lideri bu zaman bağın mənzərəsini izləyib. Daha sonra jurnalistlər ərazidən uzaqlaşdırılıb və liderlər arasında təxminən on dəqiqəlik qeyri-rəsmi söhbət baş tutub.

Məlumata görə, Tramp bağdakı qızılgülləri “indiyə qədər gördüyü ən gözəl güllər” adlandırıb.

Sonradan dekorativ pavilyonda davam edən görüş zamanı Si Cinpin kompleksin tarixi barədə məlumat verib və tərcüməçi vasitəsilə Trampa qızılgül toxumları göndərəcəyini bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: