Suriya hökuməti ABŞ qüvvələrinin çıxarılmasından sonra Al-Tanf bazasını nəzarətə götürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Araby TV” məlumat yayıb.
Bildirilib ki, bazanın idarəsi Suriya Daxili İşlər Nazirliyi və ordu bölmələrinə təhvil verilib.
Qeyd edək ki, ABŞ qüvvələrinin Suriyadakı Al‑Tanf (“al‑Tanf garrison”) bazasına 2016-cı ildə İŞİD‑ə qarşı mübarizə və Suriya müxalifət qruplarını hazırlamaq üçün yerləşdirilmişdi.
Safura Bənnayeva
Globalinfo.az