Çin 2030-cu ilə kimi müharibə vəziyyətinə hazır olmaq məqsədilə 1000-ə qədər nüvə başlığı yaratmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
“Çin bu başlıqları həm xəbərdarlıq və qorxutma, həm də zərurət yarandıqda düşmənə zərbə endirmək üçün istifadə edə bilər.
Bundan başqa, Pekin silahlanmaya rəğmən, 2027-ci ilə qədər Tayvana müdaxilə edib, onu tam nəzarət altına ala biləcəyinə əmin deyil”, – nəşr qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az