media indir umfwk3

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, media nümayəndələri ilə görüş zamanı bildirib.

Tramp Rusiya lideri ilə mümkün söhbət barədə sualı cavablandıraraq, çox yaxın gələcəkdə əlaqə saxlamağı gözlədiyini deyib.

Daha əvvəl o, Rusiyanın Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməsi üçün konkret vaxt müəyyən etməyəcəyini də bildirmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: