Rusiya bu taktika ilə savaşda qalib gələcək – Qərb etiraf edir…

Qərb liderlərinin taktikanı qəfil dəyişib Kiyevə hərbi yardımı artırması qərarının arxasında zamanın Rusiyanın xeyrinə işləməsi ola bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib.

“Qərbdə ümid edirdilər ki, ağır qışdan, hərbi itkilər və iqtisadi situasiyanın pisləşməsindən sonra Moskva konflikti dayandırmağa və sülhün bərpası üçün imkanlar axtarmağa çalışacaq. Lakin bu məntiq özünü doğrultmadı”.

Qəzet Qərb liderlərinin artıq Rusiyanın uzunmüddətli hərbi konflikt taktikasına əsaslanaraq savaşı uda biləcəyi qənaətinə gəldiklərini yazıb.

Nəşr Kremldə də oxşar fikrin hökmran olduğunu qeyd edib:

“Rusiya rəhbərliyi zamanla ABŞ və Avropanın daha az entuziazmla Ukraynaya yardım göstərəcəyini düşünür”.

İlkin Həsənov
Globalinfo.az