“Hökumət və parlament inflyasiyanın əsas səbəbidir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O, hökuməti ölkədəki qiymət artımlarına görə tənqid edib.
Pezeşkian “X” hesabında inflyasiyanın səbəbkarı kimi hökumət və parlamenti göstərərək yazıb:
“Heç kürsüdən kiminsə günahkar olduğunu dediyimi eşitmisinizmi? Biz özümüzü günahlandırmalıyıq. İnflyasiyanın səbəbkarı hökumət və parlamentdir. Gəlin özümüzdən başlayaq. Bu ilin büdcəsində lazımsız xərcləri aradan qaldıraq. Bunu birlikdə həll etməyimizə kömək edin”.
Safura Bənnayeva
Globalinfo.az