“2018-ci ildə Baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan ilə Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında apardığım söhbət zamanı heç bir vəzifə məsələsi müzakirə olunmayıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Karen Karapetyan Serj Sərkisyanın adından təklif etdi ki, məni vəzifədən azad etsinlər, inqilabi proses dayansın. Mən isə bunu mümkün olmadığını dedim. Heç kimlə, o cümlədən müavinlik vəzifəsi ilə bağlı heç bir danışıq aparılmayıb, heç bir işarə olmayıb. Yalnız müavin vəzifəsindən yox, başqa heç bir vəzifədən söhbət getmirdi. Karapetyan isə bildirib ki, o, hamı tərəfindən qəbul edilən namizəd olaraq hakimiyyəti üzərinə götürməyə hazırdır. Mən isə demişəm ki, bu mənim üçün qəbulolunan deyil, Serj Sərkisyan getməlidir. Karen Karapetyan sonra dedi ki, Serj Sərkisyan istefaya getməyə hazırdır, amma bunu Frankofoniya sammitindən sonra etmək istəyir. Mən isə bunu qəbulolunan saymadım”, — Paşinyan bildirib.
Safura Bənnayeva
Globalinfo.az