owl detail 620 6ee4407dbfb0de7d067d45a3cbc481ef

Türkiyədə tarixi malikanənin çar Rusiyası diplomatının varislərinə verilməsi iddiası təkzib edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.

“1 noyabrda “Sabah” qəzeti iddia etmişdi ki, Türkiyə məhkəməsi Rusiyaya məxsus olan İstanbuldakı daşınmaz əmlakı Nikolay Svecinin varislərinə verib.

Məqalədə qeyd olunan faktlar qəsdən təhrif edilib və reallıqla heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı məhkəmə prosesi hələ də Türkiyənin məhkəmə orqanlarında davam edir”, – deyə qeyd olunub.

Səfirlik həmçinin əlavə edib ki, qəzetin rəhbərliyinə rəsmi şəkildə düzəliş və təkzib dərc etmək təklifi göndərilib.

Xatırladaq ki, sözügedən malikanə İstanbulun Tarabya səmtində, Bosfor sahilində yerləşir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: