“İranın ABŞ və İsrailə qarşı azı altı ay ərzində intensiv hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər arsenal və resursları var”.
Globalinfo.az xəbər verir ki, bunu SEPAH sözçüsü Əli Məhəmməd Naini deyib.
O bildirib ki, ballistik raketlər, pilotsuz uçuş aparatları və hücum gəmilərini əhatə edən arsenal genişmiqyaslı və uzunmüddətli müharibə üçün nəzərdə tutulub:
“ABŞ və İsrailin 200-dən çox obyektinə hücum edilib. Bunların təxminən 60%-i regiondakı ABŞ bazalarına, 40%-i isə İsrail hədəflərinə yönəlib”.