İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının keçmiş rəhbəri, nüvə proqramının inkişaf etdirilməsinə rəhbərlik edən Möhsün Fəxrizadəyə sui-qəsddə və “İsrailə casusluq”da günahlandırılan Azad Şücayi edam olunacaq.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bununla bağlı İran Məhkəmə Sistemi məlumat yayıb.
Məlumata görə, ibtidai məhkəmənin Şücayi barədə çıxardığı edam cəzasını İran Ali Məhkəməsinin 39-cu bölməsi təsdiq edib.
Azad Şücayi 2024-cü ilin aprel ayında Urmiyada həbs edilib, onunla eyni ittihamda günahlandırılan 3 nəfərin edam cəzası yerinə yetirilib.
Qeyd edək ki, SEPAH generallarından olan Möhsün Fəxrizadə 27 noyabr 2020-ci ildə öldürülüb.