ABŞ-İran danışıqları bu şəhərdə keçiriləcək – YENİLƏNİB

iran abs

“ABŞ və İran arasında nüvə danışıqlarının növbəti mərhələsi Romada baş tutacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.

“Biz bu barədə tərəflərdən sorğu aldıq və müsbət qiymətləndirdik”, – o bildirib.

***11:00

ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların ikinci raundu aprelin 19-da Romada baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, danışıqların yerinin dəyişdirilməsini ABŞ-ın təklif edib.

“Növbəti görüşdə ABŞ-ın İrandan zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağı tələb edəcəyi gözlənilir. Söhbət ehtiyatların altı nüvə bombası yaratmaq üçün kifayət edəcək səviyyədən endirilməsindən gedir”, – nəşr yazıb.

Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Maskatta ABŞ-İran danışıqları aparılıb və 19 apreldə danışıqların ikinci raundunu keçirmək qərara alınıb.

Safura Bənnayeva
Globalinfo.az