Tramp 1963-cü ildəki dəhşəti yaşaya bilər – Medvedev

“Respublikaçı Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, sistemli qaydalara əməl etməyə məcbur olacaq və Rusiya ilə Ukrayna arasında münaqişəni dayandıra bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.

“O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Buna cəhd etsə, yeni JFK (Con Fitzgerald Kennedi, 1963-cü ildə sui-qəsd nəticəsində öldürülmüş ABŞ prezidenti – red.) ola bilər”, – o qeyd edib.

Medvedevin sözlərinə görə, ABŞ seçkilərinin nəticələri Rusiya üçün heç nəyi dəyişməyəcək.

Safura Bənnayeva
Globalinfo.az