“Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab hazırlamaqdadır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“İrəvanın cavabı sülh müqaviləsinin imzalanması üçün Ermənistan Respublikası tərəfindən artıq səsləndirilmiş prinsipial təklifə uyğun olaraq hazırlanma mərhələsindədir”, – XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir qədər əvvəl açıqlamasında Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycandan 10 təklif paketi aldığını, prosesin dinamik olduğunu və təklif paketinə cavab hazırlandığını vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az