2023-cü ilin ən yaxşı 13 maşını – SİYAHI

“Dünyada ilin avtomobili” (World Car of the Year) müsabiqəsinin münsiflər heyəti builki mükafatlara əsas iddiaçıların adını açıqlayıb – hər kateqoriya üzrə üç modeli.

Globalinfo.az Lent.az-a istinadən həmin avtomobilləri təqdim edir:

BMW X1 (iX1), “Hyundai Ioniq 6” və “Kia Niro” “Dünyada ilin əsas avtomobili” adı uğrunda mübarizə aparır.

Elektrikli avtomobil kateqoriyasında BMW i7, “Lucid Air” və “Hyundai Ioniq 6” qalib gəlməyə iddia edir.

Ən yaxşı dizayn namizədləri arasında “Hyundai Ioniq 6”, “Range Rover” və “Lucid Air” var.

World Luxury Car lüks avtomobil sinifində mükafat bu siyahıdan bir modelə veriləcək: BMW 7 Series (i7), Genesis G90, Lucid Air.

İdman modelləri – World Performance Car – finalçılar Kia EV6 GT, Nissan Z və Toyota GR Corolla olub.

Citroen C3, ORA Funky Cat (Haomao) və Volkswagen Taigo (Nivus) “ən yaxşı şəhər avtomobili” kateqoriyasına iddialı olublar.

Nəhayət, “Avtobil dünyasında ilin adamı” kateqoriyasına “Hyundai” və “Genesis” dizayn şöbəsinin başçısı Sanq Yup Li, “Lucid”in baş direktoru və texniki direktoru Peter Roulinson, BMW tədqiqat mühəndisi Stella Klark, BYD-nin prezidenti Van Çuanfu və “Toyota GR Corolla”nın baş mühəndisi Naoyuki Sakamoto daxildir.

32 ölkədən 100 avtomobil jurnalistindən ibarət münsiflər heyəti 2023-cü ilin qaliblərini aprelin 5-də Nyu-York Beynəlxalq Avtomobil Sərgisində elan edəcək.