35 il öncə Qarabağa köçəndə bizə… – Baqdasaryan

“1988-ci ildə onminlərlə erməni hər şeyini atıb Qarabağa köçəndə bizə heç kim 35 il sonra həmin ailələrin övladlarının öləcəyini deməmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi bloger Roman Baqdasaryan deyib.

O, işğal müddətində Qarabağdakı separatçıların İrəvan hakimiyyətini aldatdığını bildirib:

“Qarabağda bütün “məmurlar”, “nazirlər”, “generallar”, “dövlət adamları” öz övladlarını Avropaya, ABŞ-a, MDB ölkələrinə göndərdilər. Bizim – sadə və ləyaqətli ailələrin övladları isə cəbhəyə getdi. O “məmurlar, “dövlət adamları” bizi aldatdılar, Ermənistandan sadəcə varlanmaq üçün istifadə etdilər. Hər dəfə İrəvanda Qarabağ “məmurlarının” otellərini, villalarını, zavodlarını görəndə ürəyimiz ağrıyır, gözümüzdən yaş gəlir”.

Ayşən Mustafa
Globalinfo.az