WhatsApp Image 2022 12 13 at 08.17.05

Saytımıza daxil olan məlumata görə, qətli törədən Murad Kazımov gecə saatlarında Mahir Allahverdiyevə zəng edərək onu görüşə çağırıb.

Bir qədər sonra M.Kazımovun atası da M.Allahverdiyevə zəng edib və görüşə gəlməməsi, oğlunun onu öldürəcəyi barədə xəbərdarlıq edib. Lakin M.Allahverdiyev buna məhəl qoymayıb. Görüş zamanı isə qatil ona 17 bıçaq zərbəsi vurub.

***09:27

Sumqayıtda törədilən qətllə bağlı detallar məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Mahir Allahverdiyev Vətən müharibəsində şəhid olan Vüsal Allahverdiyevin əmisidir.

***09:21

Dekabrın 12-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Paylaş: