Ölkədə koronavirusa yoluxma sayı minimuma düşdü

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunaraq sağalan olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

Ölkədə son sutka ərzində 858, hazırkı dövrədək isə 7 632 414 test aparılıb.

Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 966 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 699, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 983, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 236, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 248 nəfər təşkil edir.

Azərbaycanda son sutkada COVID-19 peyvəndi vurulmayıb