nocomment 6e01453d351dfd009f90d024c5232d20 9m0nacjhxesq4f7kw5rv 640x336 1

Azərbaycan Dəmir Yolları QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə QSC-dən bildirilib.

Bildirilib ki, 4 iyul saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib:

“Süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Hazırda proses davam etdirilir.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”

Paylaş: