Zəlzələnin 116-cı saatında ard-arda yaşanan möcüzə – FOTO / ANBAAN VİDEOLAR

10 vilayəti yerlə-yeksan edən Qəhrəmanmaraşda baş verən iki zəlzələdən 113 saat sonra ard-arda xilas edilmə xəbərləri gəlir.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanda zəlzələnin 114-cü saatının tamamında 38 yaşlı Məltəm Ünsal sağ çıxarılıb

Qəhrəmanmaraşda zəlzələnin 112-ci saatında Nur Bayraktar və daha bir qadın, Hatayda 60 yaşlı kişi salamat dağıntılar altından çıxarılıb. 113-cü saatda Adıyamanda dağıntılar altında qalan 57 yaşlı Halimə adlı qadın və 72 yaşlı təqaüdçü müəllim İclal Günkay sağ-salamat xilas edilib.

Zəlzələnin 114-cü saatda 38 yaşlı Meltem Ünsal, 115-ci saatında isə Adıyamandan daha bir qadın, 116-cı saatda isə Hülya Bayrak dağıntılar altından sağ-salamat xilas edilib.

Qeyd edilib ki, zəlzələnin 115-ci saatında 2 aylıq bir körpə də dağıntılar arasından sağ xilas edilib.

Zaira Akifqızı

Globalinfo.az