Zəlzələdə “ölən” adam dəfn edilərkən dirildi – FOTO

Zəlzələdə öldüyü güman edilən adam qəbiristanlıqda dəfn olunacağı vaxt dirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin hadisə Suriyanın Atarib şəhərində baş verib.

Belə ki, 6 fevralda Türkiyədə baş verən zəlzələ Suriyada böyük dağıntılar törədib, çoxlu sayda insan tələfatına səbəb olub.

Həmin zəlzələ nəticəsində öldüyü güman edilən Əhməd əl-Məğrib dəfn olunmaq üçün qəbiristanlığa aparılıb.

Ailəsi onun bədəninin hərəkətdə olduğunu görüb və Məğribi dərhal xəstəxanaya çatdırıb. Onun sağ olduğu müəyyən edilib.

Həkimlər həmin hadisənin milyonda bir dəfə yaşana biləcəyini bildiriblər.