Eldeniz veliyev

Təəssüf ki, zəlzələdə həlak olanların arasında 58 yaşlı iş adamı Eldəniz Həbib oğlu Əliyev də var.

Globalinfo.az xəbər verir ki, bu sözləri Eldəniz Əliyevin ailə yaxını oxu.az-a deyib.

O bildirib ki, E.Vəliyev Rusiya vətəndaşı idi, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi:

“İkimərtəbəli binada qalırdılar. Deyilənə görə, həmin binanın dağıntıları altında 40 nəfər adam olub. İlk gün səkkiz nəfər sağ çıxarılıb, ardınca dörd nəfərin meyiti. Ölənlərin içərisində Eldəniz də olub. Qardaşı Türkiyəyə gedib. Xəbər etdi ki, Eldənizin cənazəsi sabah saat 13:00-da Ankaradan təyyarə ilə Bakıya gətiriləcək. Salyanda dəfn olunacaq”.

Qeyd edək ki, Eldəniz Əliyev ailəli idi, iki oğul övladı var.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: