Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2122-yə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təbii fəlakət zamanı 2400 nəfər yaralandığı, onlardan 1404-nün vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki,Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələnin baş vermədiyini bildirib.