Zəlzələ bölgəsində 42 nəfər tutuldu – Səbəb

Hatayda zəlzələdən istifadə edib dələduzluq edən 42 şübhəli şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, saxlanılan 42 nəfər dağılmış binalardan oğurluq edən və bölgəyə zərərçəkmişlər üçün gətirilən yardımları ələ keçirməyə çalışan şübhəli şəxslərdir.

Bildirilir ki, saxlanılanların üzərindən 11 min dollar, 70 min lirə, 20 mobil telefon, 8 kompüter, 6 tapança, 3 ov tüfəngi, ziyət əşyaları və digər əşyalar aşkarlanıb.