Ermənistan Avropa İttifaqı çərçivəsində Almaniya ilə işbirliyinə önəm verir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, bu barədə fevralın 23-də Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertzə təbrik mesajında qeyd edib.
“Biz demokratiya ilə bağlı ümumi öhdəliyimizə əsaslanan çoxşaxəli əməkdaşlığımızı gücləndirmək istəyirik”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Almaniyada seçkidə qalib gələn “CDU/CSU” blokunun lideri və kansler postunu tutacaq Fridrix Mertz aprelin 20-nə qədər yeni hökuməti formalaşdırmaq niyyətində olduğunu açıqlayıb. Olaf Şolts öz növbəsində seçkidə məğlubiyyətini etiraf edərək, F.Mertzə qələbəsi münasibətilə təbrik ünvanlayıb.
Əliyar Xəlil
Globalinfo.az