beqayi 0 900x600 1

“Ukrayna Prezidenti Volodimir Zelenskinin davranışı anarxistləri xatırladır”. 

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Bəqayi bildirib ki, Kiyev hökuməti ölkəni supergüclər arasında geosiyasi mübahisə meydanına çevirib:

“Ukrayna prezidentinin davranışı Birinci Dünya Müharibəsi ərəfəsində nəticələri bütün Avropaya təsir edən teatral və çox təhlükəli hərəkətlər edən anarxistlərin davranışlarını xatırladır”. 

Qeyd edək ki, Ukrayna Xəzər dənizində Rusiya və İran arasında daşıma həyata keçirən gəmiləri vurub. Bu hücum Tehranın etirazına səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: