
“Zelenskinin ərazi mübadiləsi barədə açıqlamaları Ukraynanın üzləşdiyi fəlakətin real miqyasını gizlətmək məqsədi güdür”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kurskda fəaliyyət göstərən ukraynalı neonasistləri heç bir mübadilə aparılmadan iki metr uzunluğunda və iki metr dərinliyində torpaq gözləyir. Zelenski bu cür açıqlamaları sadəcə olaraq Ukrayna Silahlı Qüvvələrinin üzləşdiyi fəlakətin real miqyasını gizlətmək məqsədilə edir”, – deyə Zaxarova bildirib.
Aysel Əliyeva
Globalinfo.az