Zelenskidən Krımın taleyi ilə bağlı yeni açıqlama

zelenski9

“Ukrayna tərəfdaşlarının təklif etdiyi hər şeyi etməyə hazırdır. Lakin konstitusiyamıza zidd hərəkətlər etməyəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Kiyev Krımı Rusiyanın bir hissəsinə çevirəcək heç bir sövdələşməni qəbul etmir:

“Ukrayna qanuni olaraq Krımın işğalını tanımaqdan imtina edir. Bu, ölkə konstitusiyasına ziddir”.

Qeyd edək ki, aprelin 23-də ABŞ Prezidenti Donald Tramp Zelenskini Krımla bağlı dönməz mövqeyinə görə tənqid edib.

Əliyar Xəlil
Globalinfo.az