Zelenski Ukraynanın müharibədəki itkilərini açıqladı

zelenski 0

“Ukrayna ordusunun müharibədəki itkiləri 45 100 nəfərə çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, müharibədə 390 min nəfərə yaxın yaralandığı bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralında başlayıb. Müharibənin bitməsi üçün cəhdlər olsa da, uğurlu nəticə əldə edilməyib. ABŞ Prezidenti Donald Tramp bundan öncə müharibəni yaxın 100 gün ərzində bitirəcəyini elan edib. Bununla belə, Tramp tərəflər arasında hansı istiqamətdə təmasların olduğunu açıqlamayıb. Kreml şərtlərinin yerinə yetirilməsi qarşılığında Ağ Ev rəhbəri ilə danışıqlara hazır olduğunu bildirib. Ukrayna isə özünün iştirakı olmadan aparılan danışıqların çox təhlükəli olacağını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az