Zelenski Türkiyəyə gəldi

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə rəsmi səfərə gedib.

Globalinfo.az bildirir ki, onun təyyarəsi İstanbulda Atatürk hava limanına enib.

Səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı təmaslardakı son vəziyyət, bölgədə daimi sülh ətraflı müzakirə olunacaq.

Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Türkiyə və Ukrayna münasibətlərini də müzakirə edəcək.