“Ukrayna Trampa görə qələbə planına dəyişiklik edə bilər”.
Globalinfo.az xəbər verir ki, məlumatı “Financial Times” qəzeti yayıb.
Məlumata görə, Trampı Zelenskinin planında iki məsələ – Ukrayna resurslarına giriş imkanı və ABŞ-ın Avropadakı qüvvələrinin bir qisminin əvəz edilməsi cəlb edilib. Qəzet bununla Respublikaçılar Partiyasından Kiyevə məsləhətin də verildiyini yazıb.
Qeyd edək ki, Zelenski “qələbə planını” oktyabrın 16-da təqdim edib. Bu plan 5 hissədən ibarətdir. Buraya Ukraynanın NATO-ya dəvəti, müdafiə qabiliyyətinin gücləndirilməsi, Ukrayna ərazisində strateji qeyri-nüvə sistemlərinin yerləşdirilməsi, birgə investisiya yatırımı, Ukraynanın iqtisadi potensialından istifadə daxildir.