Zelenskinin İrəvana səfəri sual altına düşdü

Ukrayna Prezidenti Volodimir Zelenskinin Cənubi Qafqaza planlaşdırılan səfəri təxirə salınıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hakimiyyətinə bağlı “Bagramyan26” Teleqram kanalı məlumat yayıb.

Ukrayna Prezidentinin bir müddətdir müzakirə olunan Cənubi Qafqaza və Ermənistana səfərinin ləğv edildiyi bildirilib.

Xatırladaq ki, Volodimir Zelenskinin mart ayında Ermənistana səfər edəcəyi, baş nazir Nikol Paşinyanla görüşəcəyinə dair məlumatlar yayılmışdı.

Ayşən Mustafa
Globalinfo.az