Zelenski etiraf etdi: Xalq artıq yorulub

“Ukraynalılar artıq münaqişədən yorulublar”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, baş verənlərə rəğmən xalqın silahlı qüvvələrə və özlərinə inamı azalmır.

“Ukraynalıların hökumətə və özlərinə olan inamı itməyib. Ancaq yalan danışa bilmərəm, onlar münaqişədən yorulublar”, – Zelenski vurğulayıb.

Xatırladaq ki, daha öncə ukraynalıların münaqişədən yorulduğunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov və xarici işlər naziri Dmitri Kuleba da etiraf etmişdi.

Əliyar Xəlil
Globalinfo.az