image 2025 10 17 224058475

Rusiya Prezidenti Vladimir Putin əri Tiqran Keosayanın ölümündən sonra RT və “Rossiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyanı şəxsən dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, Putinin çıxışından bir hissə “Ria Kremlinpool” teleqram kanalında yayımlanıb.

“Bunun sizin üçün nə qədər çətin olduğunu, necə ağır dövr yaşadığınızı bilirik. Amma siz işinizdə həmişə cəsarət və dözüm nümayiş etdirmisiniz. Əminəm ki, siz bunun da öhdəsindən gələcəksiniz,” – deyə Rusiya lideri bildirib.

Marqarita Simonyan Prezidentə verdiyi mənəvi dəstəyə görə təşəkkür edib və yaşadığı çətinlikləri dəf edəcəyinə söz verib.

Tahir Turan
Globalinfo.az

Paylaş: