Zelenski Ermənistana səfərə gəlir

Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Ermənistana səfəri gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri (KİV) məlumat yayıb.

Məlumata görə, səfərin vaxtı ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır.

Tərəflər səfərin mart ayında baş tutacağını ehtimal edir.