
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni diplomatiya yolu ilə bitirmək istədiyini və lazım gələrsə, bu mövzuda rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Volodimir Zelenski Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə birlikdə keçirdiyi mətbuat kofransı zamanı səsləndirib.
“ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı ölkələri Rusiya olmadan, Putin olmadan danışıqların mümkünsüz olduğuna inanır. Mən məhz bu səbəbdən müharibənin bizim üçün necə nəticələnəcəyi barədə razılığa gəlsək, Putinlə görüşməyə hazır olduğumu dedim. Diplomatiya yolu ilə danışıqlara hazırıq, bununla bağlı bir problem yoxdur. Mənə elə gəlir ki, Putin mənimlə müharibəni bitirmək barədə danışmaqdan çəkinir. Problem budur”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az