8891d4bd 4329 3e61 bc13 a40d85c016fb 850

Zelenski Los-Ancelesdəki yanğınların söndürülməsi üçün ABŞ-a kömək təklif edib.

Globalinfo.az xəbər verir ki, Zelenski bununla bağlı daxili işlə nazirinə və ölkə diplomatlarına göstəriş verdiyini bildirib.

“Bu gün mən Ukraynanın daxili işlər nazirinə və diplomatlarımıza Kaliforniyada meşə yanğınları ilə mübarizədə xilasedicilərimizin mümkün iştirakına hazırlaşmağı tapşırdım. Orada vəziyyət son dərəcə ağırdır və ukraynalılar amerikalıların həyatını xilas etməyə kömək göstərə bilərlər. Hazırda bununla bağlı razılıq əldə edilir və biz müvafiq kanallar vasitəsilə Amerika tərəfinə öz köməyimizi təklif etmişik. Artıq 150 yanğınsöndürənimiz  təlim keçib”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: