Rusiyanın Perm vilayətinin deputatı Sergey Zaxarov səlahiyyətlərindən imtina edərək ölkədən gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə Zaxarov özü bildirib.
O, siyasətə məqsədyönlü şəkildə gəldiyini, hədəfinin sadə insanların həyatını yaxşıya doğru dəyişmək olduğunu deyib.
Zaxarov hazırda ölkəsinin siyasəti ilə razı olmadığını söyləyib:
“Biz “Sülhə sülh, savaşa savaş” şüarı ilə böyümüşük. Hər il nümayişlərə “Sülh, əmək, may” plakatları ilə nümayişlərə gedirdik. Öz baxışlarımı dəyişmək niyyətində deyiləm. Ona görə də səhərlər güzgüyə baxmaqdan utanıram. Mən dövlətin indiki siyasəti ilə tamamilə razı deyiləm və bunda iştirak etmək niyyətim yoxdur. Mən gedirəm”.
Qeyd edək ki, Zaxarov Rusiya hakim Vahid Rusiya Partiyasından deputatdır.
İlkin Həsənov
Globalinfo.az