Zahid Oruc səs verdi – VİDEO

Zahid Oruc səs verdi - VİDEO

33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olan Zahid Oruc səsvermədə iştirak edib.

Globalinfo.az xəbər verir ki, o, 18 saylı məntəqədə səs verib.

Qeyd edək ki, sözügedən dairədə 11 namizəd deputat mandatı qazanmaq uğrunda mübarizə aparır.

Zahid Oruc Bizim.Media-ya açıqlamasında deyib ki, seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməməlidir:

“Xüsusilə vurğulamaq istəyirəm ki, bəlli bir sayda insanlarımızın seçki məntəqələrinə gəlişini gözləyirik. Beynəlxalq təcrübədən misallar göstərə bilərəm. Məsələn, ABŞ-da vaxtilə yalnız 25 faiz seçici iştirak edib və onun nəticələri prezidentin seçilməsinə və ali icra hakimiyyətinin formalaşmasına imkan verib”.

“Yəni bu anlamda bizdə seçici fəallığının 50, 60, 70 yaxud 80 faiz olmayacağı bir şəraiti qətiyyən kimsə antidövlət, antihakimiyyət, antiseçki arqumenti kimi istifadə etməsin”, – deyə Z.Oruc əlavə edib.