Yunanıstanda güclü zəlzələ oldu

Yunanıstan sahillərində zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanların maqnitudası 4,8 bal gücündə qeydə alınıb.

Zəlzələnin episentri Kranidion şəhərindən 17 kilometr cənub-qərbdə, 5 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.