“Telekanallarla bağlı daha bir qərarın qəbul edilməsinə ehtiyac var”.
Globalinfo.az xəbər verir ki, bunu bəstəkar-müğənni Murad Arif deyib.
“Ortabab “manısların” aşağı səviyyəli heyyətlərlə “canlı” toyxanaları da efirdən yığışdırılmalıdır. Səhər, günorta, axşam – bu qədər olmaz!
Ümumiyyətlə, kanallar format, janr, təmayül və profillərinə görə ayrılmalı və fərqlənməlidir. Əyləncə yalnız toyxana deyil. Musiqi yalnız “6-8” deyil”.
Müğənni efirlərdə musiqi sahəsinə diqqət edilməli olduğunu da vurğulayıb:
“Kliplər gerçək sənətçini, fərqli janrları, obrazları, rəngarəngliyi və musiqi sektorunu dirçəldir. Gözəl bəstəkarlarımız sağ-salamatdır. Klip saatları olmasa, bu mahnılar alınmayacaq, işlənməyəcək”.
M.Arif qeyd edilən məsələ ilə bağlı Audiovizual Şuraya da müraciət edib və bunun nəzərə alınmasını istəyib.
Günel Cəlil
Globalinfo.az