Yeni ildə bu ölkələr Aya səyahət edəcək

2023-cü ildə Rusiya, Hindistan və Avropa Kosmik Agentliyi Ay üzərində kosmik missiyalara başlayacaq.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, proses ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən bu yaxınlarda təşkil edilən “Artemida I” proqramına əsasən aparılacaq.

İnsanları Aya, daha sonra isə Marsa aparmaq üçün nəzərdə tutulmuş SLS-Orion kosmik gəmisinin göyərtəsində olan “Artemis I” uzunmüddətli kosmos tədqiqatı layihəsinin ilk addımıdır.

Həmin ölkələrdən biri olan Hindistan 2023-cü ilin iyun ayında Ayın səthini araşdırmaq üçün “Chandrayaan 3” proqramını işə salmağı planlaşdırır. Hindistan ilk dəfə 2008-ci ildə “Chandrayaan 1” ilə Aya səyahət edib.

Rusiya Ayın cənub qütbündən nümunələr toplamaq üçün planlaşdırdığı Luna 25 missiyasını 2023-cü ilin iyulunda işə salmağı hədəfləyir.

SpaceX yaponiyalı milyarder Yusaku Maezava və digər səkkiz sərnişini 2023-cü ilin sonunda Ay ətrafında DearMoon səyahətinə aparmağı planlaşdırır. Bu, 100 nəfəri daşıya bilən Starship vasitəsinin ilk missiyası olacaq.

NASA-nın “Artemida II” adlı Ay missiyası 2024-cü ildə başlayacaq. Bunun ardınca Aya ilk qadın və ilk qaradərili kişinin 2025 və ya 2026-cı ildə enməsi planlaşdırılır.