“Prezident İlham Əliyevin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı bir çox mətləblərdən xəbər verir”.
Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Prezident Azərbaycan xalqının şəhər yaradan, qurucu bir xalq olduğunu qeyd etdi:
“Dövlət başçısı həmçinin Şamaxı, Gəncə, Şəki, Qəbələ, Naxçıvan və digər bölgələrdə tarixi yaddaşın qorunaraq müasir şəhərlərin salındığını bildirdi. Bölgələrimizlə yanaşı Bakı şəhəri də qədimlik ilə müasirliyin vəhdətini təşkil edir. Şəhərsalma mədəniyyəti bu tandemdən irəli gələn məsələləri və incəlikləri özündə ehtiva edir.
Cənab Prezident XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsinə start verildiyini qeyd etdi. Şəhərlərdə, xüsusilə rayon mərkəzlərində və paytaxt Bakıda tarixi-milli-mənəvi dəyərlər qorunmaqla yanaşı, müasirləşmə prosesi də həyata keçirildi. Bu gün Bakıda müasir insanların rahat və layiqli yaşaması üçün ardıcıl işlər görülür və bu proses davamlı olaraq icra edilməkdədir. Ümumilikdə ölkəmizdə dövlət siyasətinin tərkib hissələrindən biri də məhz bu dəyərlərin qorunması və müasir şəhərsalma prinsiplərinin tətbiqidir. Bu istiqamətdə geniş, planlı və məqsədyönlü işlər görülür və öz həllini tapmaqdadır”.

Bəhruz Məhərrəmov
Deputat bildirib ki, bütün bu məsələlərdə siyasi iradənin olması və ölkə Prezidentinin, eləcə də birinci vitse-prezident Mehriban Əliyevanın şəhərsalma prosesinə xüsusi diqqət yetirməsi mühüm rol oynayır:
“Bakı ilə yanaşı digər şəhərlərdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yeni çağırışlara uyğun, lakin həmin bölgələrin şəhər kimi koloritini qoruyaraq müasir yanaşmalar tətbiq olunur. Ölkə başçısı və birinci vitse-prezident Mehriban Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfər edir, açılışlarda iştirak edir və işlərin gedişinə şəxsən nəzarət etməklə bu siyasəti yaxından izlədiklərini nümayiş etdirirlər.
Hazırda Azərbaycan unikal bir layihəni həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və quruculuq işləri görülür, yeni bir Azərbaycan modeli formalaşır. Eyni zamanda yaşıl enerjinin tətbiqi, müasir yanaşmaların, ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının həyata keçirilməsi ölkəmizin şəhərsalma mədəniyyətindəki unikal rolunu nümayiş etdirir. Görülən işlərin sürəti və keyfiyyəti, eləcə də gələn qonaqların verdiyi yüksək qiymət hər bir azərbaycanlını qürurlandırır. Artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı onların təbii haqqıdır”.
Turan Rzayev
Globalinfo.az