Tramp 1 900x506 2

ABŞ Prezidenti Donald Tramp Kubanı təhdid edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Kubanın Müstəqillik Günü münasibətilə yaydığı açıqlamada bildirib. Tramp Kuba hakimiyyətinə qarşı sərt mesajlar verib və Vaşinqtonun Havana ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

ABŞ lideri çıxışında Kubanı “Amerikadan cəmi 90 mil məsafədə düşmən xarici hərbi, kəşfiyyat və terror əməliyyatlarına sığınacaq verən yaramaz dövlət” adlandırıb.

O qeyd edib ki, ABŞ regionda öz təhlükəsizliyinə təhdid hesab etdiyi qüvvələrin fəaliyyətinə göz yummayacaq.

“Kuba xalqı yenidən azadlıq tapana qədər rahatlıq tapmayacağıq”, — deyə Tramp vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: